Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə, o cümlədən Moskvaya endirilən zərbələrin sayını əhəmiyyətli dərəcədə azaldıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ liderinin nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.
"Qeyd etmək istəyirəm ki, Ukrayna tərəfi də Rusiya Federasiyası ərazisinə, o cümlədən Moskvaya zərbələri əhəmiyyətli dərəcədə — bir neçə dəfə azaldıb", — deyə Rusiya lideri görüş zamanı vurğulayıb.
Putinin bu bəyanatı ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və amerikalı sahibkar Cared Kuşnerin Rusiyaya səfəri ilə əlaqədar Kiyev və Moskvaya zərbələrin müvəqqəti dayandırılması fonunda səslənib.
Qeyd edək ki, ABŞ liderinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner sentyabrın 5-də Rusiyaya səfər ediblər. Daha sonra onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə yollanacaqlar.

