Kremldə Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb - VİDEO

Kremldə Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb - VİDEO backend

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner ilə görüşü başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Putin danışıqlar başlamazdan əvvəl Uitkoff və Kuşnerlə əl sıxaraq salamlaşıb. Görüş Rusiya Prezidentinin Kremldəki Senat sarayında yerləşən Nümayəndəlik kabinetində keçirilir.

ABŞ Prezidenti Donald Trampın bildirdiyinə görə, Uitkoff və Kuşner Moskvaya Ukraynadakı münaqişəyə son qoymaq üçün xüsusi təkliflər gətiriblər. ABŞ-nin xüsusi elçiləri Moskva səfərindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə yollanacaqlar.