Şok: “WhatsApp”ı çox asanlıqla çökdürmək mümkün imiş

Şok: “WhatsApp”ı çox asanlıqla çökdürmək mümkün imiş backend

Populyar “WhatsApp” messencerini çox asanlıqla çökdürməyin mümkün olduğu ortaya çıxıb. İKT.lent.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, sistemin zəif nöqtəsini “İndrajeet Bhuyan” nikli mütəxəssis aşkarlayıb. O bildirib ki, bir ünvana 4 min ədəd “smaylik” göndərəndə sistem kilidlənir və çökür.

Maraqlıdır ki, eyni şəxs ötən il 2000 sözdən ibarət mesajın da sistemi dondurduğunu müəyyən etmiş və bundan sonra “WhatsApp” mesajlarda icazə verilən işarənin sayına məhdudiyyət qoymuşdu. Lakin hazırda “smaylik”lər üçün hər hansı məhdudiyyət yoxdur.