Zelenski Rusiyaya hücumları dayandırmağa çağırdı

Zelenski Rusiyaya hücumları dayandırmağa çağırdı backend

Ukrayna Prezidenti Volodimir Zelenski etdiyi videomüraciətdə ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin 6 sentyabr, bazar günü Kiyevə rəsmi səfər edəcəyini təsdiqləyib.

Qaziler.az xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə teleqram kanalında yazıb. O, mühüm danışıqlar ərəfəsində Rusiyanı hava zərbələrini müvəqqəti olaraq dayandırmağa və sükut rejiminə əməl etməyə çağırıb.

Zelenski qeyd edib ki, Donald Trampın nümayəndə heyəti Ukraynadan əvvəl Moskvaya baş çəkəcək. Səfərin təhlükəsizlik detallarının artıq ABŞ və Ukrayna rəsmiləri tərəfindən tam razılaşdırıldığını bildirən prezident, Ukraynanın amerikalı qonaqların təhlükəsizliyi üçün hava məkanında hərbi fəaliyyəti tam dayandıracağına zəmanət verdiyini vurğulayıb. O, eyni addımın Rusiya tərəfindən də atılmasının vacibliyini ifadə edib.