"Novaya Qazeta" Rusiyada xarici agent elan edildi

"Novaya Qazeta" Rusiyada xarici agent elan edildi backend

“Novaya Gazeta” Rusiyada “xarici agent” elan olunub.

Qaziler.az xəbər verir ki, bu barədə məlumat Rusiya Ədliyyə Nazirliyinin saytında dərc olunub.

Məlumatda bildirilib ki, internet-nəşr Rusiya Federasiyasında “xarici agent”lərin siyahısına salınıb.

Bundan başqa, “xarici agent”lərin siyahısına “İstoriçeskaya ekspertiza” jurnalı, amerikalı tədqiqatçı Tatyana Tatarinova, yazıçı Feliks Sandalov və publisist Sergey Leybqrad daxil edilib.