Gürcüstan sonuncu uranını Rusiyaya verdi

Gürcüstan sonuncu uranını Rusiyaya verdi backend

Gürcüstan özünün zənginləşdirilmiş uran ehtiyatlarını Rusiyaya qaytarır. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Ətraf Mühit və Təbii Sərvətlər naziri Qiqla Aqulaşvili söyləyib. Onun sözlərinə görə, bundan sonra Gürcüstan ərazisində zənginləşdirilmiş uran ehtiyatları qalmayacaq.


Qeyd edək ki, zənginləşdirilmiş uranın repartriasiyası MAQATE-nin texniki dəstəyi ilə həyata keçirilib. Bunun üçün Gürcüstana 2 milyon dollar kompensasiya verilib.

Gürcüstan ərazisində indiyə qədər urandan Tiflisdə yerləşən İzotoplar İnstitutu və Fizika İnstitutunda istifadə edilib. Sonuncu idarə əvvəllər atom reaktorlarının tədqiqatı ilə məşğul olub. Msxeta şəhərindən yerləşdirilən bu nüvə reaktoru 1992-ci ildə fəaliyyətini dayandırıb. SSRİ zamanında həm Azərbaycan (Nəvai qəsəbəsi), həm Gürcüstan ərazisində Atom Elektrik Stansiyalarının tikilməsi planlaşdırılsa da, sonradan bunu reallaşdırmaq mümkün olmayıb.