Məsciddə namaz vaxtı pişiyi təpikləyən şəxs həbs olundu - VİDEO

Məsciddə namaz vaxtı pişiyi təpikləyən şəxs həbs olundu -  VİDEO backend

Türkiyədə məsciddə namaz qılarkən pişiyi təpikləyən şəxs saxlanılıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Hadisə Ərzurumdakı "Adalar" məscidində baş verib. Gecə namazı vaxtı məscidin içinə daxil olan bir pişik bir müddət zalda gəzişib. Heyvan dindarlardan birinə yaxınlaşdıqda, həmin şəxs onu ayağı ilə vurub.

Hadisə anı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Kamera görüntülərində pişiyin zərbədən imama tərəfçırpıldığı, imamın isə baş verənlərə rəğmən namazına davam etdiyi görünür.

Video sosial şəbəkələrdə sürətlə yayılaraq ictimai qınağa səbəb olub. Ərzurum Baş Prokurorluğu heyvanların mühafizəsi qanunu çərçivəsində araşdırmalara başlayıb. Pişiyi təpikləyən şəxs artıq saxlanılıb. Ona hansı cəzanın veriləcəyi barədə hələlik məlumat yoxdur.

QAZİLER.AZ