Argentina Malvin (Folkled) adalarında neft hasil edən şirkətlərə qarşı sanksiyalar tətbiq edəcək.
Qaziler.az xəbər verir ki, bu barədə ölkə prezidenti Xavyer Miley xalqa müraciətində bildirib.
O qeyd edib ki, yaxın aylarda adalarda Böyük Britaniyanın "Rockhopper Exploration" və İsrailin "Navitas Petroleum" şirkətlərinin neft hasilatı üzrə layihələrinin icrasına başlanılacaq. Argentina liderinin sözlərinə görə, ölkənin maraqlarına strateji təhlükə yaradan digər layihələr də mövcuddur.
"Bu, bizdən adekvat cavab tələb edir", — deyə Miley əlavə edib.
Malvin (Folkled) adaları — Argentina və Böyük Britaniya arasında mübahisəli ərazidir. 1982-ci ildə ölkələr arasında silahlı münaqişə baş verib və Argentina bu müharibədə məğlub olub.
QAZİLER.AZ

