Moskva regionu yay aylarında itkin düşən uşaqların sayına görə birinci yeri tutub. Belə ki, bu bölgədə üç ay ərzində 71 uşaq itib.
Qaziler.az xəbər verir ki, bu barədə "Ostorojno, novosti" “Telegram” kanalı itkin düşmüş yetkinlik yaşına çatmayanların axtarışı üçün nəzərdə tutulmuş "Qde moi deti" (Uşaqlarım haradadır) servisinə istinadən yazır.
Belə ki, Moskva və vilayətdə uşaqların 66-sı sağ tapılıb, iki uşaq isə həyatını itirib. Regionda daha üç uşağın axtarışları davam edir.
Məlumata görə, bu yay Rusiyada ümumilikdə 803 uşaq itkin düşüb: onların əksəriyyəti (760 uşaq) sağ tapılıb, 24-ü isə dünyasını dəyişib. Hazırda 19 yetkinlik yaşına çatmayanın axtarışı aparılır.
Kanalın təqdim etdiyi statistikaya əsasən, yayda uşaqların ən çox itkin düşdüyü bölgələrin siyahısında Moskva regionundan sonra bu vilayətlər qərarlaşıb: Xabarovsk diyarı (54 itkin uşaq), Nijni Novqorod vilayəti (53 itkin uşaq), Primorsk diyarı (52 itkin uşaq) və Krasnoyarsk diyarı (50 itkin uşaq).
QAZİLER.AZ

