Fransız rejissoru Toni Qatlif 77 yaşında vəfat edib.
Fransız rejissor, ssenarist və bəstəkar Mişel Buolem Dəhmani, Toni Qatlif təxəllüsü ilə tanınan sənətçi 77 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 4-də "Agence France-Presse" (AFP) məlumat yayıb.
“Qaraçı mədəniyyətinin təbliğatçısı olan və aralarında “Gadjo Dilo”nun da yer aldığı 20-yə yaxın filmə imza atan Toni Qatlif çərşənbə günü 77 yaşında vəfat edib”, — deyə agentliyin məlumatında bildirilir.
Qatlif tarixi mövzuda film layihəsi üzərində işlədiyi vaxt dünyasını dəyişib. Onun ölümü Fransanın cənubunda, Buş-dü-Ron departamentinin Arl kommunasında baş verib.
Toni Qatlif Kann Film Festivalının ikiqat laureatı olub.
Qatlif ikinci mükafatını 2004-cü ildə alıb. O, ssenarist, prodüser və bəstəkar kimi də iştirak etdiyi “Sürgünlər” (“Exils”) filminə görə ən yaxşı rejissor seçilib.
QAZİLER.AZ

