Cənubi Koreya Hörmüz boğazına hərbi qüvvələr göndərilməsi imkanını nəzərdən keçirir

Cənubi Koreya Hörmüz boğazına hərbi qüvvələr göndərilməsi imkanını nəzərdən keçirir backend

Strateji əhəmiyyət daşıyan su yolunda gəmiçiliyin təhlükəsizliyi məsələsi beynəlxalq tərəfdaşların iştirakı ilə müzakirə olunur.

Qaziler.az bildirir ki, bu barədə “Kazinform” agentliyinin Yaxın Şərq üzrə xüsusi müxbiri məlumat verib.

Cənubi Koreya hakimiyyəti cümə günü Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsinə dəstək məqsədilə hərbi tədbirlərin görülməsi imkanını nəzərdən keçirdiyini təsdiqləyib.

Bununla belə, Seul hələlik hərbi qüvvələrin bölgəyə göndərilməsi ilə bağlı qərar qəbul etməyib. Bu barədə “Reuters” məlumat yayıb.

"Cənubi Koreya, ölkənin müdafiə qabiliyyətinə təhlükə yaratmayacağı təqdirdə, Hörmüz boğazından azad gəmiçiliyin təmin olunması istiqamətində qlobal səylərə hərbi töhfə verə bilər".

Bunu Cənubi Koreya prezident administrasiyasının nümayəndəsi ölkənin “Yonhap” informasiya agentliyinə açıqlamasında bildirib.

QAZİLER.AZ