Almaniyada Mertsin istefası məsələsi gündəmə gələ bilər

Almaniyada Mertsin istefası məsələsi gündəmə gələ bilər backend

Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqının (XDİ) üzvləri sentyabrın 6-da Saksoniya-Anhalt federal torpağında keçiriləcək yerli seçkilərdən sonra onun istefası məsələsinin gündəmə gətirilə biləcəyini istisna etmirlər.

Qaziler.az bildirir ki, bu barədə “Politico” yazıb.

“Tamamilə təsəvvür edirəm ki, bəziləri Fridrix Mertsin istefasında israr edəcəklər. Lakin bunun problemin həlli olub-olmayacağı hələ məlum deyil”, — deyə XDİ-nin Saksoniya-Anhalt üzrə bölməsinin üzvü Yulian Şaxe bildirib.

Nəşrin qeyd etdiyi kimi, XDİ-nin seçkilərdə məğlubiyyəti partiya daxilində Merzin istefası ilə bağlı müzakirələrə səbəb ola bilər. O, vəzifəsində 16 ay qaldıqdan sonra müharibədən sonrakı Almaniya tarixinin ən aşağı reytinqli kansleri olub.

Bundan əvvəl “Almaniya üçün Alternativ” (AfD) partiyasının Bavariya parlamentindəki fraksiya rəhbəri Ulrix Zinger bildirmişdi ki, Merts Saksoniya-Anhalt əyalətində keçiriləcək regional seçkilərdən sonra partiyasının ölkədə hakimiyyəti itirməsindən ehtiyat edir.

QAZİLER.AZ