Almaniyada bəzi siyasətçilərin Rusiya ilə birbaşa hərbi qarşıdurmaya hazırlaşırmış kimi davrandığı bildirilir.
Qaziler.az bildirir ki, bu barədə Almaniyadan olan siyasət eksperti Sevim Dağdelen danışıb. Onun sözlərini RİA Novosti yayıb.
“Bəziləri hazırda elə davranırlar ki, sanki nüvə dövləti olan Rusiya ilə birbaşa hərbi toqquşma istəyirlər. Görünür, onlar NATO-nun tez bir zamanda qələbə qazanacağına yanlış şəkildə ümid edirlər. Bu, məsuliyyətsiz yanaşmadır və Almaniyada, eləcə də bütün Avropada insanların təhlükəsizliyini təhlükə altına qoyur”, — deyə Dağdelen bildirib.
Siyasətçinin sözlərinə görə, Almaniya hökuməti ölkəni Ukraynadakı münaqişəyə getdikcə daha çox cəlb edir.
Bundan əvvəl Avropa Parlamentinin deputatı Fabio De Mazi də Almaniyanı eskalasiya spiralından çıxmağa və Rusiya ilə dialoqa başlamağa çağırıb.
De Mazinin sözlərinə görə, Almaniya hakimiyyətinin Leypsiq hava limanında baş verən pilotsuz uçuş aparatı insidentinə görə Moskvanı məsul tutması ilə bağlı açıqlamaları konkret əsaslandırmadan irəli sürülüb.
QAZİLER.AZ

