ABŞ Prezidenti Donald Tramp bildirib ki, İspaniya kütləvi miqrant axını səbəbindən "dağılmış ölkə"yə çevrilə bilər.
"Report" xəbər verir ki, bu barədə Tramp "GB News" telekanalına müsahibəsində bildirib.
Amerika liderinin sözlərinə görə, İspaniya hazırda xarabalığa çevrilmək təhlükəsi altındadır. O həmçinin Madridin Şimali Atlantika Alyansına (NATO) dair mövqeyini və İspaniya tərəfinin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməkdən imtina etməsini tənqid edib.

