Latviya Nepala 6000 adyal və 50 dəbilqə göndərməyi planlaşdırır

Latviya Nepala 6000 adyal və 50 dəbilqə göndərməyi planlaşdırır backend

Latviya TƏBİİ fəlakətdən zərər çəkmiş Nepala 6000 adyal və 50 dəbilqə göndərməyi planlaşdırır.

Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış hökumət qərarı layihəsinə əsasən, Dövlət Yanğınsöndürmə və Xilasetmə Xidməti Dövlət Təminat Agentliyi ilə əməkdaşlıq çərçivəsində dövlət maddi ehtiyatlarından humanitar yardım yükü hazırlayacaq.

Yardımın tərkibinə 3000 ədəd adyal və xilasetmə işləri üçün fənərlə təchiz edilmiş 50 dəbilqə daxil olacaq.

Bundan əlavə, Təcili Tibbi Yardım Xidməti də 3000 ədəd adyal hazırlayacaq.

Daha əvvəl məlumat verilmişdi ki, Latviya Nepal sakinlərinə daşqının nəticələrinin aradan qaldırılmasına kömək məqsədilə xüsusi yaradılmış fonda 100 min avro vəsait ayırmağı planlaşdırır.

Həmçinin Latviya təbii fəlakət nəticəsində həlak olanların cəsədlərinin saxlanılması üçün Nepala mobil soyuducu kameralar göndərməyi planlaşdırır. Bunu çərşənbə axşamı LETA agentliyinə Latviyanın daxili işlər nazirinin müşaviri Yaniş Dombravın məsləhətçisi Mariya Luize Ratnietsə bildirib.

QAZİLER.AZ