Silah ehtiyatlarımızı özümüz üçün saxlayırıq - Tramp

Silah ehtiyatlarımızı özümüz üçün saxlayırıq - Tramp backend

Hazırda Amerika Birləşmiş Ştatları öz tərəfdaşlarına sursat tədarükü həyata keçirmir, çünki diqqətini şəxsi ehtiyatlarının artırılmasına yönəldib.

Qaziler.az xəbər verir ki, bu barədə Prezident Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki hesabında məlumat verib. Lakin ABŞ lideri hərbi məhsulların konkret hansı növlərindən söhbət getdiyini qeyd etməyib.

Tədarüklə bağlı vəziyyəti şərh edən Tramp yazıb: "Biz onları (sursatları) başqalarına satmırıq, özümüz üçün saxlayırıq".

Tramp söhbətin hansı sursatlardan getdiyini konkretləşdirməsə də, müttəfiqlərə satışın yaxın gələcəkdə bərpa olunacağına ümid etdiyini bildirib. Bununla belə, o, bu prosesin dəqiq müddətini qeyd etməyib.

QAZİLER.AZ