Almaniya Ukrayna üçün 5000 uzunmənzilli dron istehsalına başlayıb

Almaniya Ukrayna üçün 5000 uzunmənzilli dron istehsalına başlayıb backend

Almaniyada Ukrayna üçün 5 mindən çox uzaqmənzilli zərbə dronunun istehsalına başlanılıb. İlk nümunələr artıq hazırdır, sınaqdan keçirilmiş sistemlərin isə elə bu il Ukrayna Silahlı Qüvvələrinin arsenalına daxil olacağı gözlənilir.

Qaziler.az bildirir ki, b barədə  "Handelsblatt" qəzeti məlumat yayıb.

Pilotsuz uçuş aparatlarının hazırlanması ilə Almaniya-Amerika şirkəti "Auterion" ilə Ukraynanın Airlogix şirkətinin Münhen yaxınlığında yaratdığı birgə müəssisə məşğul olur. Müəssisə bu ilin fevral ayında yaradılıb. Layihə Almaniya hökumətinin sifarişi əsasında həyata keçirilir. Müdafiə sənayesindəki mənbələr müqavilənin dəyərini təxminən 300 milyon avro qiymətləndirirlər.

Tərəfdaşlar bu genişmiqyaslı sifarişi 2027-ci ilin ortalarına qədər tam yerinə yetirməyi planlaşdırırlar. Eyni zamanda şirkətlər gələcəkdə yeni sifarişlər almağa və uzunmüddətli əməkdaşlığı davam etdirməyə ümid edirlər.

QAZİLER.AZ