Qonşu ölkədə "Burger King"in mobil tətbiqi çökdü

Qonşu ölkədə "Burger King"in mobil tətbiqi çökdü backend

Rusiyada "Burger King" fast-fud şəbəkəsinin mobil tətbiqində sistem çökməsi baş verib.

Qaziler.az xəbər verir ki,  bu barədə "Sboy.RF" portalı məlumat yayıb.

Nasazlıq barədə məlumat Bakı vaxtı ilə saat 11:29-da dərc olunub. Qeyd olunub ki, son bir sutka ərzində 222 istifadəçi problem barədə hesabat göndərib.

Bundan əlavə, sifariş verməyə çalışarkən tətbiq "Nəsə düz getmədi. Bir az sonra yenidən cəhd edin", - kimi xəta mesajı göstərib.

Şirkətin özündən bildiriblər ki, tətbiq işləmədiyi təqdirdə müştərilər kassaya yaxınlaşa bilərlər.

Şəbəkənin rəsmi açıqlamasında deyilir: "Restoranda hər zaman problemsiz sifariş verə bilərsiniz, tətbiqin isə artıq üzərində işləyirik”.

QAZİLER.AZ