Ukrayna üzrə sülh danışıqları bu tarixdən başlaya bilər - KİV

Ukrayna üzrə sülh danışıqları bu tarixdən başlaya bilər - KİV backend

Ukraynadakı münaqişə gərginliyə qədəm qoyub, ekspertlər və diplomatlar isə ciddi sülh danışıqlarının 2027-ci ilin baharından və ya yayından tez başlamasının çətin olduğunu bildirirlər.

Qaziler.az xəbər verir ki, bu barədə "New York Times" (NYT) qəzeti yazır.

Mətbuat orqanı qeyd edib ki, ekspertlər və diplomatlar ciddi sülh danışıqlarının gələn ilin baharından və ya yayından tez başlamasının çətin olduğunu bəyan ediblər.

Nəşr vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri – Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner danışıqlara təkan vermək üçün tezliklə Ukraynaya səfər etməlidirlər. Lakin qəzetin yazdığına görə, belə bir səfərin reallaşacağı ilə bağlı şayiələr uzun müddətdir gəzsə də, o, hələ də baş tutmayıb.

Jurnalistlər diqqətə çatdırıblar ki, hazırda hər iki tərəf rəqibin müqavimətini qırmaq üçün getdikcə böyüyən raket və pilotsuz uçuş aparatı (PUA) arsenallarından istifadə edir. Bununla belə, hələlik eskalasiyanın tərəflərdən hər hansı birini güzəştə getməyə məcbur edəcəyinə dair heç bir əlamət yoxdur.

QAZİLER.AZ