ABŞ PUA-ları lazerlə vurmağa hazırlaşır – İlk müqavilə imzalandı

ABŞ PUA-ları lazerlə vurmağa hazırlaşır –  İlk müqavilə imzalandı backend

ABŞ Ordusu pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsi üçün yüksək enerjili lazer silah sisteminin istehsalına dair ilk müqavilənin bağlandığını elan edib.

Qaziler.az xəbər verir ki, bu barədə ordunun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, müvafiq saziş "Dayanıqlı Yüksək Enerjili Döyüş Lazeri" (Enduring-High Energy Laser - E-HEL) proqramı çərçivəsində Amerikanın "AeroVironment" (AV) şirkəti ilə imzalanıb.

"Yönəldilmiş enerjiyə əsaslanan bu növünün ilk nümunəsi olan proqram bölmələrimizə pilotsuz sistemləri sıradan çıxarmağa və elə ilk andan üstünlük qazanmağa imkan verəcək. İnsan zəkasının qabaqcıl texnologiyalarla birləşməsi ordumuzun Amerikanın rəqiblərini qabaqlamağa davam etməsini təmin edəcək", - deyə ABŞ Ordusu Baş Qərargah rəisinin müavini general Kristofer La Neve bəyan edib.

QAZİLER.AZ