ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq backend

Donald Tramp administrasiyası xarici ölkə vətəndaşlarını ABŞ ərazisindən çıxarmağa hazırlaşır. Senator Erik Şmitt bildirib ki, prezident Donald Trampın administrasiyası ABŞ-yə turist sənədləri ilə daxil olan və sonradan sığınacaq almaq üçün müraciət edən təxminən 200 min əcnəbinin vizasının ləğv edilməsi imkanlarını nəzərdən keçirir.

Qaziler.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Senatorun fikrincə, turist vizalarından ABŞ-də daimi məskunlaşmaq üçün bir vasitə kimi istifadə edilməməlidir. O, həmçinin qeyd edib ki, hakimiyyət orqanları uzun müddət yalnız cənub sərhədinə diqqət yetiriblər, halbuki əsas boşluqlardan biri hələ Amerika konsulluqlarının fəaliyyəti mərhələsində başlayır.

Qeyd etmək lazımdır ki, vizaların ləğvi təkbaşına dərhal deportasiyaya və ya sığınacaq müraciətlərinə avtomatik imtina verilməsinə səbəb olmayacaq. Yoxlama müddətində əcnəbilərin ABŞ-yə girişi məhdudlaşdırıla bilər, lakin bu zaman onlara dəyişən şəraitlə bağlı izahat vermək imkanı yaradılacaq.

QAZİLER.AZ