Bu gün İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ-nin təhdidlərinə cavab olaraq sərt açıqlama verib.
Qaziler.az xəbər verir ki, bu barədə o özünü "X" sosial media hesabında paylaşım edib.
Rzayi ABŞ-yə müraciətində İranın döyüş meydanında, diplomatiyada və iqtisadi mühasirəyə qarşı mübarizədə yeni strategiya həyata keçirdiyini bildirib.
“Bu cür çabalamaqla nəinki özünüz üçün yaratdığınız cəhənnəmin dibindən çıxa bilməyəcəksiniz, əksinə, tezliklə görəcəksiniz ki, İranın döyüş meydanında, diplomatiyada və iqtisadi blokadaya qarşı mübarizədə tətbiq etdiyi yeni strategiya sizin təməlinizi darmadağın edəcək”, – deyə o yazıb.
QAZİLER.AZ

