Sloveniya prezidentinin düşdüyü qəzanın görüntüləri yayılıb - VİDEO

Sloveniya prezidentinin düşdüyü qəzanın görüntüləri yayılıb - VİDEO backend

Sloveniya Prezidenti Natasa Pirts Musarın içində olduğu avtomobilin iştirakı ilə baş verən yol qəzasına dair Kastelets tunelindəki təhlükəsizlik kameralarının görüntüləri üzə çıxıb.

Qaziler.az turkiyegazetesi.com-a istinadən bildirir ki, qəza nəticəsində Pirts Musarla yanaşı, iki polis əməkdaşı da xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Sloveniya Prezidenti Natasa Pirts Musarın iyulun 31-də Kastelets tunelində keçirdiyi yol qəzası yenidən gündəmə gəlib. Qəza zamanı Musarın körpücük sümüyü sınıb. Hadisə ilə bağlı təhlükəsizlik kamerasının görüntüləri yayımlanıb.

Görüntülərdə prezidentin iki əməkdaşı ilə birlikdə olduğu rəsmi mikroavtobusun kortejin önündə hərəkət edən rəsmi avtomobilə çırpıldığı görünür.

QAZİLER.AZ