Almaniyada dəmir yolu vağzalında baş vermiş partlayışın təfərrüatları məlum olub

Almaniyada dəmir yolu vağzalında baş vermiş partlayışın təfərrüatları məlum olub backend

Almaniyanın Auqsburq şəhərində baş vermiş partlayışın bəzi təfərrüatları məlum olub.

“Bild” nəşrinin yazdığına görə, partlayış yerli vaxtla 05.00-da dəmiryolu vağzalı yaxınlığında yerləşən türk iş adamına aid zərgərlik dükanının qarşısında əl qumbarasının partlaması nəticəsində baş verib.

09.00-da isə vağzal ərazisində şübhəli bir əşya aşkarlandığından, qatarların hərəkəti müvəqqəti dayandırılıb. Həmin əşyaya baxış keçirildikdən sonra heç bir təhlükənin olmadığı müəyyən edilib və sərnişinlər vağzala buraxılıb.

xxx
11:51

Sentyabrın 2-də Almaniyanın Augsburq şəhərinin əsas dəmir yolu vağzalında naməlum obyekt partlayıb, nəticədə bir neçə nəfər yüngül akustik travma alıb.

Bu barədə Almaniyanın “Augsburger Allgemeine” qəzeti məlumat yayıb.

Şimali Şvabiyanın polis idarəsinin mətbuat xidmətinin məlumatına görə, Auqsburqun əsas dəmir yolu vağzalının ətrafında genişmiqyaslı polis əməliyyatı keçirilir. Məlumata görə, binanın dəhlizində naməlum obyekt partlayıb.

Partlayış dalğası isə yaxınlıqdakı binaların pəncərə şüşələrini sındırıb.

Daha sonra Auqsburqun əsas vağzalının ərazisində daha bir şübhəli əşya aşkarlanıb. Bununla əlaqədar səhər saat 8 radələrində vağzal binasına giriş-çıxış tamamilə bağlanıb, qatarların hərəkəti isə dayandırılıb. Polis hələlik aşkarlanan əşyanın məhz nə olduğunu və onun daha əvvəl baş vermiş partlayışla əlaqəsinin olub-olmadığını açıqlamayıb. (trend)