Avropa İttifaqı və digər NATO ölkələri Rusiyaya qarşı təzyiqləri sadəcə davam etdirməyəcək, həm də onu gücləndirəcəklər.
Qaziler.az xəbər verir ki, "The Guardian" qəzetinin məlumatına görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Şimali Atlantika Alyansının baş katibi Mark Rütte ilə görüşündə bildirib.
"Avropa və NATO Rusiyaya təzyiq göstərməyə sadəcə davam etməyəcək, biz bu təzyiqi artıracağıq", – deyə fon der Lyayen bəyan edib.
Onun sözlərinə görə, Rusiyanın istifadə etdiyi hər bir "boşluq" bağlanmalıdır. Avropa Komissiyasının rəhbəri qeyd edib ki, "daha çox sanksiya" lazımdır və Brüsselin Moskvaya aid etdiyi "təxribat" insidentlərində "təqsirkarlar" müəyyən olunan kimi bu sanksiyalar tətbiq ediləcək.
QAZİLER.AZ

