Nyu-York ştatından olan fermer ABŞ prezidenti Donald Trampın relyefli üzü formasında boranılar yetişdirib.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 2-də "NY Post" qəzeti Facebook sosial şəbəkəsində məlumat yayıb.
Bundan əlavə, videoda Çakki kuklasının, Frankenşteynin və digər personajların başı formasında balqabaqlar da göstərilib. Giləmeyvələr xüsusi olaraq hazırlanmış fərdi plastik qəliblərdə formalaşdırılır.
Avqustun 1-də Kanadada keçirilən "Sooke Fine Arts Show" yarmarkasında at peyinindən hazırlanmış Trampın portreti 1,8 min dollara satılıb. Bildirilir ki, rəssam Vendi Şartran «The Don of Dung» adlı əsəri yaradıb və əsər dərhal alıcısını tapıb.
QAZİLER.AZ

