Bu adamların zehniyyəti ruslaşıb. Axar.az-ın məlumatına görə, bu açıqlama ilə AKP-nin baş katibi Əbdülhəmid Gül çıxış edib. Hakim partiya rəsmisi HDP lideri Səlahəddin Dəmirdaşın Moskva səfərinə münasibət bildirib.
O, Dəmirdaşın adını çəkmədən eyham vurub: “Biri Rusiyaya gedib və bəyan edib ki, Türkiyə ilə olan mübarizədə sizin yanınızdayıq. Bu fikri deyənlər Türkiyəçilik iddiası ilə yola çıxanlardır. Amma onların çıxışı əsla Türkiyəçilik deyil, bir Moskvalaşmış adam şüurudur”.
Xatırladaq ki, son günlərin ən çox müzakirə edilən mövzularından biri Türkiyənin kürdyönümlü partiyası olan və PKK-nın siyasi qanadı sayılan HDP-nin Rusiyaya rəsmi səfər etmək barədə qəfil qərarı idi.
Maraq doğuran əsas məqam səfərin Rusiya-Türkiyə münasibətlərinin korlandığı və gərgin olduğu bir vaxtda reallaşması idi.