ABŞ-ın İllinoys ştatında 2010-cu ildə sevgilisinin 11 aylıq övladını öldürməkdə şübhəli bilinən kişi 16 il sonra saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə People məlumat yayıb.
11 aylıq Maykl Ortis 2010-cu il dekabrın 17-də Orora şəhərindəki xəstəxanaya çatdırılıb. Təcili tibbi yardım çağıran və həmin vaxt uşağa nəzarət edən Spiros Elias həkimlərə bildirib ki, uşaq körpə butulkasının qapağından boğulub.
Lakin ertəsi gün Maykl vəfat edib. Məhkəmə-tibbi ekspertizanın nəticələrinə görə, uşaq boğulub və küt əşya ilə vurulub.
İlkin araşdırma zamanı Eliasın əleyhinə sübut əldə olunmayıb. Həkimlər də Mayklın xəsarətləri nə vaxt aldığını dəqiq müəyyənləşdirə bilməyiblər. Məlum olub ki, uşağın anası Elias təcili tibbi yardım çağırılmazdan təxminən 1 saat 30 dəqiqə əvvəl işə gedib.
Cinayətdən sonra 16 il ərzində uşağın ölümündə günahkar olan şəxsi müəyyənləşdirmək mümkün olmayıb.
İş üzrə ilk ciddi irəliləyiş 2024-cü ildə baş verib. Açılmamış cinayətlərin araşdırılması üzrə detektiv istintaqı yenidən başladıb. O, iş materiallarını yenidən nəzərdən keçirib, şahidləri dindirib və Mayklın xəsarətləri ilə bağlı məlumatların təkrar qiymətləndirilməsi üçün pediatra müraciət edib.
İki il davam edən araşdırmadan sonra polis Eliasın ittiham olunması üçün kifayət qədər sübut əldə edib. Nəticədə 11 aylıq uşağın ölümü ilə bağlı kişi saxlanılıb və ona qarşı ittiham irəli sürülüb.
Cinayətkar avqustun 21-i həbs edilib. Əsas proses oktyabrda başlayacaq.
QAZİLER.AZ

