ABŞ-ın Xuzistana hava zərbəsi nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb

ABŞ-ın Xuzistana hava zərbəsi nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb backend

Xuzistan ostanının valiliyi ABŞ-ın ötən gecə həyata keçirdiyi hava zərbəsi nəticəsində indiyədək 7 nəfərin öldüyünü, 8 nəfərin isə yaralandığını açıqlayıb.

 

Qaziler.az-ın apa-ya istinadən məlumatına görə, ötən gecə İranın cənub-qərbində yerləşən Xuzistan ostanının 3 məntəqəsi ABŞ ordusunun raket zərbəsinə məruz qalıb.

 

Hücumlardan dərhal sonra təhlükəsizlik və yardım qüvvələri hadisə yerinə cəlb olunub.

 

Yaralıların vəziyyətinin qiymətləndirilməsi və hücumların dəqiq miqyasının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.