Kir Starmer Britaniya parlamentindən getdiyini açıqlayıb

Kir Starmer Britaniya parlamentindən getdiyini açıqlayıb backend

Parlamentdən getdikdən sonra Kir Starmer diqqətini beynəlxalq münasibətlərə yönəltmək niyyətindədir. Lakin hələlik hansı statusda çalışacağını dəqiqləşdirməyib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, o, deputat mandatından imtina etmək qərarını yerli "Camden New Journal" qəzetində açıqlayıb. Starmerin seçki dairəsi olan Holborn və Sent-Pankras Londonun Kamden rayonunda yerləşir.

Starmer bildirib ki, 11 il ərzində bu seçki dairəsini təmsil etmək onun üçün böyük şərəf olub, lakin indi diqqətini beynəlxalq münasibətlərə yönəltmək niyyətindədir. Bununla belə, Kir Starmer baş nazir vəzifəsindən istefa verdikdən qısa müddət sonra demişdi ki, 2029-cu ildə keçirilməsi nəzərdə tutulan növbəti seçkilərədək İcmalar Palatasının deputatı olaraq qalacaq — əgər Starmerin varisi Endi Börnhem növbədənkənar seçkilər elan etməsə.

"İndi diqqətimi digər məsələlərə, xüsusilə də sürətlə dəyişən dünyada beynəlxalq münasibətlərə, o cümlədən müdafiə, təhlükəsizlik, ticarət və texnologiya sahələrinə yönəldəcəyəm", - Starmerin Camden New Journal qəzetində yayımlanan bəyanatında deyilir.

Bundan əlavə, Starmer deputat olduğu dövrdə məşğul olduğu qadınlara və qızlara qarşı zorakılıqla mübarizəni davam etdirəcəyinə söz verib.

İxtisasca hüquqşünas olan Starmer siyasətə gəlməzdən əvvəl hüquq karyerasında Kral Prokurorluq Xidmətinin rəhbəri vəzifəsinə qədər yüksəlib.

QAZİLER.AZ