SSRİ çempionu olan məşhur idmançı bıçaqlanaraq öldürüldü
Latviyanın sabiq tanınmış motoyarışçısı Normunds Erkulis 66 yaşında faciəvi şəkildə dünyasını dəyişib.
Qaziler.az bildirir ki, bu barədə Latviya Motosport Federasiyası (LaMSF) rəsmi məlumat yayıb.
Qeyri-rəsmi mənbələrə istinadən yayılan məlumata görə, Erkulisin Tsirava yaxınlığında bıçaq xəsarətləri nəticəsində qətlə yetirildiyi ehtimal olunur. Latviya Dövlət Polisi avqustun 29-da Cənubi Kurzem diyarının Lajas volostunda 1960-cı il təvəllüdlü kişinin meyitinin tapılması barədə məlumatı təsdiqləyib. Hadisə ilə bağlı dərhal cinayət işi başlanılıb və bir şübhəli şəxs saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
QAZİLER.AZ

