Almaniya və Rusiya arasında növbəti diplomatik böhran: Səfir XİN-ə çağırıldı

Almaniya və Rusiya arasında növbəti diplomatik böhran: Səfir XİN-ə çağırıldı backend

Almaniya Leypsiq hava limanında baş verən dron insidenti ilə əlaqədar Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.

Qaziler.az bildirir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful "Phoenix" telekanalının efirində bəyanat yayıb. 

"Mən Rusiya səfirinin nazirliyə çağırılması barədə göstəriş vermişəm. Hazırda bu görüş davam edir", - Almaniya diplomatiyasının rəhbəri mətbuat konfransı zamanı bildirib. 

Moskva isə öz növbəsində bu ittihamları qətiyyətlə rədd edərək, baş verənləri Almaniya siyasətçilərinin növbəti uydurması adlandırıb.

QAZİLER.AZ