Birləşmiş Ştatlar İranın cəmi bir hücumunu dəf etmək üçün 80-dən çox "Patriot" raketi istifadə edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Military Watch Magazine" hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.
Söhbət avqustun 31-nə keçən gecə Amerikanın İordaniyadakı hərbi obyektlərinə endirilən zərbələrdən gedir.
Qeyd olunur ki, Vaşinqton bununla ABŞ-nin əlində olan bu növ raketlərin ümumi arsenalının 10%-dən çoxunu işə salıb.
Jurnalistlər bildiriblər ki, hücumu dəf etmək üçün Almaniyanın Ansbax şəhərindən gətirilən iki "Patriot" batareyasından istifadə olunub. Amerikalılar İranın hər bir ballistik raketinə qarşı təxminən dörd zəbtetmə (tutma) raketi buraxıblar.
QAZİLER.AZ

