Üç ölkə sərhəddə irimiqyaslı təlimlərə başlayır

Üç ölkə sərhəddə irimiqyaslı təlimlərə başlayır backend

Çin, Rusiya və Monqolustanın sərhəd qoşunları sentyabrın əvvəlində birgə təlimlər keçirəcək.

Qaziler.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

"Sərhəd əməkdaşlığı-2026" təlimlərinin əsas mövzusu sərhədyanı bölgələrdə kəşfiyyat-diversiya fəaliyyətinin qarşısının alınması və yatırılması olacaq.

Çin Müdafiə Nazirliyindən qeyd ediblər ki, təlimlər çərçivəsində birgə planlaşdırma, birgə axtarış, birgə zərbələrin endirilməsi və saxlanılma üzrə məşqlər keçiriləcək.

Qeyd edilib ki, iyul ayında Çinin şərqindəki Şandun əyalətinin Sindao hərbi bazasında Rusiya-Çin birgə "Dəniz qarşılıqlı fəaliyyəti - 2026" təlimləri keçirilmişdi.

QAZİLER.AZ