BMT-nin Baş katibi Antonio Quterreş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində bəyan edib ki, Ukraynada atəşkəsin dərhal və tamamilə təmin olunmasının vaxtı çatıb.
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Dörd ildən çox vaxt keçdikdən sonra Ukraynada atəşkəsin dərhal və tamamilə dayandırılmasının vaxtı gəlib çatıb. Bu, beynəlxalq hüquqa uyğun olaraq ədalətli, davamlı və hərtərəfli sülh naminə danışıqlara yol açacaq", — deyə Quterreş bildirib.
QAZİLER.AZ

