Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələr Birləşmiş Millətlər Təşkilatının (BMT) nüfuzunun bərpa edilməsi üçün birgə səylər göstərməlidir.
Qaziler.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin bəyan edib.
"BMT-nin nüfuzunu bərpa etmək, təşkilata yeni nəfəs vermək lazımdır", — deyə Çin sədri Bişkekdə keçirilən "ŞƏT+" formatındakı sammitdə çıxış edərkən vurğulayıb.
Çin rəhbəri onu da vurğulayıb ki, qlobal və regional əməkdaşlığın təşviqi ilə məşğul olan institutlar daha əlaqəli və səmərəli fəaliyyət göstərməlidir.
QAZİLER.AZ

