Yaponiyanın "Suzuki Motor" şirkəti əvvəlki nəsil "Alto" modelinin satış həcmini artırmağı hədəfləyir.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyada "Alto" modelinin istehsalı hələ 2021-ci ildə dayandırılsa da, onun istehsal avadanlıqları şirkətin Pakistandakı filialına ötürülüb və bura köhnə modelin yeganə istehsalçısına çevrilib.
İndi isə "Suzuki" ilk dəfə olaraq yerli filial tərəfindən istehsal edilən bu avtomobilləri Pakistan hüdudlarından kənarda satmağa başladığını elan edib.
Cənubi Asiya yığımı olan əvvəlki nəsil "Alto" payız fəslindən etibarən Bruney bazarında təklif olunacaq. Şirkət Pakistan istehsalı olan bu mikrolitrajlı avtomobillərin satış coğrafiyasını genişləndirməyi planlaşdırır Bunun filialın istehsal həcmini artırmağa kömək edəcəyi gözlənilir.
Pakistan istehsalı olan köhnə "Suzuki Alto" Yaponiyada hazırlanan analoqu ilə müqayisədə xeyli sadələşdirilib. Avtomobildə cəmi 40 at gücü hasil edən 660 kubmetrlik mühərrikdən istifadə olunur. Bu mühərrik 5 pilləli mexaniki sürətlər qutusundan ibarətdir.
QAZİLER.AZ

