Avropanın enerji ittifaqına qarşı yeni rus planı

Avropanın enerji ittifaqına qarşı yeni rus planı backend

“Şimal axını–2” layihəsi vasitəsilə Rusiya Avropanın enerji ittifaqı yaratmasına mane olur. Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında isveçli iqtisadçı Anders Aslund söyləyib. Onun sözlərinə görə, Avropa Birliyi bu proyektin inkişafının qarşısını almalıdır:


“Bu layihə Avropanın energetika sferasında qarşısına qoyduğu hədəflərə ziddir. Onun heç bir mənası yoxdur. “Qazprom” etibarlı tərəfdaş deyil. 2009-cu ilin yanvarında o, Avropa Birliyinin 10 ölkəsinə qəflətən qaz verilişini iki həftəlik dayandırdı. Rusiya 1991-ci ildən 2006-cı ilə qədər Avropaya qarşı 55 dəfə enerji zorakılığı siyasətindən istifadə edib. Bunların 16-sında məhz “Qazprom” günahkar olub. “Qazprom” adi dövlət korporasiyası deyil. Bu, Şərqi Avropada Rusiyanın geosiyasi maraqlarını təmin edən qurumdur. Məhz “Qazprom” Avropa Birliyinin rəqabətliliklə bağlı qaydalarını pozan şirkətdir”.

Qeyd edək ki, “Türk axını” layihəsinin dayandırılmasından sonra Rusiya “Şimal axını-2” proyektini aktivləşdirdi. Layihəyə əsasən, bu kəmərin tikintisi 2016-cı ilin yanvarında başlamalı və 2019-cu ilə qədər bitməlidir. “Şimal axını-2” kəməri vasitəsilə Rusiya qazının Almaniyaya çatdırılması nəzərdə tutulub.