Bu Avropa ölkəsində donuz taunu yayılıb

Bu Avropa ölkəsində donuz taunu yayılıb backend

Finlandiyada Afrika donuz taunu tüğyan edir, 100-ə yaxın heyvan karantinə alınıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Mash na Moyke" “Telegram” kanalı xəbər verir.

Kanalın məlumatına görə, virusun yayılması cari ilin iyul ayının sonunda başlayıb. Yerli Qida İdarəsi artıq vəhşi qabanlar arasında 36 yoluxma faktını təsdiqləyib.

"Demək olar ki, bütün heyvanlar Leninqrad vilayətinin Vıborq rayonu ilə sərhəddə, Torfyanovka sərhəd keçid məntəqəsindən uzaq olmayan Virolahti bələdiyyəsində aşkar edilib. İlk hallardan sonra sərhəddəki "ov qapıları" - vəhşi heyvanların ölkələr arasında köç etdiyi xüsusi keçidlər bağlanıb. Nəticədə, Finlandiya tərəfində təxminən 100 vəhşi qaban toplanıb", - deyə paylaşımda bildirilir.

"Mash na Moyke"nin məlumatına görə, yerli sakinlərə heyvanları qorxutmamaq üçün yoluxmuş ərazidə hərəkət etmək belə qadağan edilib.

Qeyd olunur ki, virus insanlar üçün təhlükə yaratmır, lakin heyvanlar üçün ölümcül ola bilər.

QAZİLER.AZ