Rusiya XİN rəhbəri Sergey Lavrov Şimali Atlantika Alyansına Arktika bölgəsində hərbi fəallığını artırdığına görə xəbərdarlıq edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Berliner Zeitung" nəşri yazır.
Nəşrin məlumatına görə, nazir NATO-nun Arktikada hərbi mövcudluğunu daha da gücləndirməsinin yolverilməz olduğunu bildirib və vurğulayıb ki, təlimlər və qoşunların hərəkəti silahlı qarşıdurma riskini artırır.
"Lavrov NATO-ya Arktikada hərbi fəallığı daha da artırmağın yolverilməzliyi barədə xəbərdarlıq edib. Alyansın təlimləri və qoşunların hərəkəti silahlı qarşıdurma riskini yüksəldir", — deyə materialda qeyd olunub.
QAZİLER.AZ

