"Toyota" və "Honda" ABŞ rüsumlarına görə Kanadada istehsalı azalda bilər

"Toyota" və "Honda" ABŞ rüsumlarına görə Kanadada istehsalı azalda bilər backend

ABŞ Prezidenti Donald Trampın Kanadadan idxal olunan avtomobillərə təklif etdiyi rüsum yanvarın 1-də qüvvəyə minərsə, "Toyota" və "Honda" Kanadadakı istehsal xətlərinin bir hissəsini bağlaya bilər.

Qaziler.az xəbər verir ki, bu barədə analitik məlumatlara istinadən "Reuters" agentliyi xəbər verir.

Agentlik bildirir ki, ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan avtomobillərə 50 faizlik rüsum tətbiq etmək təklifi ilə Ottavanı hədəfə alıb, lakin nəticədə bunun bədəlini Yaponiyanın “Toyota” və “Honda” şirkətləri ödəyə bilər... Əgər rüsumlar təklif edildiyi kimi yanvarın 1-də qüvvəyə minsə, çox güman ki, onlar bəzi istehsal xətlərini bağlamalı olacaqlar.

Ötən həftə Tramp elan edib ki, ABŞ 2027-ci il yanvarın 1-dən etibarən Kanadadan gətirilən avtomobillər, avtomobil komponentləri və polad üçün rüsumları 50%-ə qədər qaldıracaq. Bu addım ticarət danışıqlarının uğursuzluqla nəticələnməsindən sonra atılıb. Sözügedən uğursuzluğun ardınca Kanadanın Baş naziri Mark Karni sentyabrın 8-dən etibarən cavab tariflərinin tətbiq olunacağını bəyan edib.

QAZİLER.AZ