Yaponiyanın ən yaşlı sakini Sigeko Kaqava 115 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə "Yahoo" portalı avqustun 31-də ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyinə istinadən məlumat yayıb.
"Yaponiyanın ən yaşlı sakini, Nara prefekturasının Yamato-Koriyama şəhərinin 115 yaşlı sakini Sigeko Kaqava 27 avqustda vəfat edib", - mətndə deyilir: .
O, 28 may 1911-ci ildə anadan olub. Hazırda Yaponiyanın ən yaşlı sakini 20 dekabr 1911-ci ildə anadan olmuş və Kiotoda yaşayan 114 yaşlı Fuyo Kişimoto hesab olunur.
QAZİLER.AZ

