Ukraynanın xarici və daxili dövlət borcu Rusiya Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatının başladığı 2022-ci ilin fevral ayından bəri demək olar ki, 3,5 dəfə artıb.
Qaziler.az xəbər verir ki, bu barədə statistika məlumatlarını araşdıran "RIA Novosti" xəbər verir.
Ukrayna Maliyyə Nazirliyinin məlumat bülletenində bildirilir ki, iyulun 31-nə olan məlumata görə, Ukraynanın dövlət borcu və dövlət zəmanəti verilmiş borcu 9 572,19 milyard qrivna və ya 214,18 milyard dollar təşkil edib.
Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin yanvar ayının yekunlarına əsasən, yəni hərbi münaqişə başlamazdan əvvəl ölkənin xarici və daxili borcu 2 745,37 milyard qrivna təşkil edirdi. Bu isə o deməkdir ki, cari ilin iyul ayının sonuna bu göstərici 3,48 dəfə artıb.
QAZİLER.AZ

