Nepaldakı fəlakətdə neçə nəfərin xilas edildiyi açıqlanıb

Nepaldakı fəlakətdə neçə nəfərin xilas edildiyi açıqlanıb backend

Nepalda baş verən daşqından sonra 323-dən çox xarici vətəndaş da daxil olmaqla, 10 mindən çox insanı xilas etmək mümkün olub.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinə istinadən "RIA Novosti" məlumat yayıb.

Nazirliyin bəyanatında qeyd olunan məlumata görə, bölgələrdən 10 mindən çox insan xilas edilib ki, onların da 323-dən çoxu xarici ölkə vətəndaşıdır.

Bundan əlavə, 39 ölkədən olan 590-a yaxın xarici vətəndaş itkin düşmüş hesab olunur.

Avqustun 26-sı səhər saatlarında Nepalda qəfil güclü daşqın baş verib. Buna Tibet ərazisində Lhende çayının məcrasını bağlayan zəlzələ və torpaq sürüşməsi səbəb olub. Həmin bəndin yarılması Bhote-Koşi çayında suyun səviyyəsinin kəskin yüksəlməsinə gətirib çıxarıb.

Nepalın maliyyə naziri Svarnim Vaqlenin sözlərinə görə, ölkəyə dağıdıcı daşqının nəticələrini aradan qaldırmaq üçün təxminən 4-5 milyard dollar vəsait lazım olacaq. Nazir əlavə edib ki, zərərin qiymətləndirilməsi hələ davam etdiyindən bu rəqəmlər hələlik ilkindir.

QAZİLER.AZ