Rusiyalı generaldan Ukrayna ilə bağlı kəskin bəyanat: “Başqa yol yoxdur!”

Rusiyalı generaldan Ukrayna ilə bağlı kəskin bəyanat:  “Başqa yol yoxdur!” backend

Rusiya Ukraynanın qərb sərhədlərinə çatarsa, Ukrayna PUA-larının və raketlərinin şəhərlərə zərbələrini tamamilə aradan qaldıracaq.

Qaziler.az xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya general-leytenant, 58-ci ordunun keçmiş komandanı, Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev bildirib.

"Ərazimizə hər hansı zərbələrin vurulmasını tamamilə aradan qaldırmaq üçün bir sıra hücum əməliyyatları keçirmək, Ukraynanın qərb sərhədlərinə çıxmaq lazımdır, başqa yol yoxdur. Bunun üçün iki tapşırığı həll etmək lazımdır: qoşunları dron zərbələrindən qorumaq və havada üstünlüyü ələ keçirmək", — deyə parlamentari vurğulayıb.

Deputat əlavə edib ki, bu, yaxın dörd il ərzində, 2030-cu ilə qədər edilməlidir. Onun sözlərinə görə, məhz həmin vaxt NATO ölkələri yenidən silahlanma həyata keçirərək Rusiyaya hücum etməyə hazır olacaqlar.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 31-nə keçən gecə Rusiya hava hücumundan müdafiə (HHM) vasitələri sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus yüzlərlə pilotsuz uçuş aparatını və idarə olunan aviasiya bombalarını vurub.

QAZİLER.AZ