Çin Xalq Respublikasının Sədri Si Cinpin və Qırğızıstan Prezidenti Sadır Japarov iki ölkə arasında əbədi dostluq və mehriban qonşuluq haqqında müqavilə imzalayıblar.
Qaziler.az bildirir ki, bu barədə "24.kg" məlumat yayıb.
Sənədin təfərrüatları açıqlanmır. Bununla belə, Japarov qeyd edib ki, bu akt "iki dövlət arasında hərtərəfli strateji tərəfdaşlığın gələcək keyfiyyətli inkişafı üçün möhkəm zəmin yaradacaq".
Si Cinpin Qırğızıstanda dövlət səfərindədir. Orada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir. Bu təşkilata Rusiya, Çin, Belarus, Mərkəzi Asiya ölkələri, İran, Pakistan və digərləri daxildir. Tədbirin gündəliyində regional təhlükəsizliyin gücləndirilməsi, terrorizm və narkotiklərlə mübarizə, rəqəmsallaşma və süni intellekt sahəsində əməkdaşlıq məsələləri yer alır.

