Konqoda Ebolaya karşı kütləvi peyvəndləmə başladı

Konqoda Ebolaya karşı kütləvi peyvəndləmə başladı backend

Konqo Demokratik Respublikasının (KDR) şərqində mövcud epidemiya çərçivəsində əhalinin Ebola qızdırmasına qarşı ilk peyvəndləmə kampaniyasına start verilib.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Roje Kamba məlumat verib.

"Biz peyvəndləməyə ilk növbədə Ebolaya qarşı mübarizənin ön cəbhəsində olanları qorumaq üçün başlamaq qərarına gəldik. Söhbət tibb işçilərindən, eləcə də qızdırmaya yoluxmuş xəstələrlə təmasda olan şəxslərdən gedir", — deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, KDR Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) 50 min doza "Ervebo" vaksini əldə edib və onun istifadəsinə başlanılıb. Bundan əlavə, ÜST-dən alınan daha 20 min doza peyvənd ölkə daxilində klinik sınaqlara yönəldiləcək.

Sözügedən vaksin kanadalı alimlər tərəfindən hazırlanıb və "Merck" şirkəti tərəfindən istehsal olunur, ondan ilk dəfə KDR-də 2018-ci ildə Ebolaya qarşı istifadə edilib. Həmin vaxtdan bəri preparat Ebolanın törədicilərindən biri olan Zair virusuna qarşı öz effektivliyini sübut edib.

Lakin hazırkı epidemiya digər bir virus — "Bundibuciyo" (Bundibugyo) tərəfindən törədilib. Ona qarşı vaksin hələ hazırlanma mərhələsindədir. Kamba ümid edir ki, "Ervebo" peyvəndi onu vurduran şəxslərin immunitetinin yüksəlməsinə kömək edəcək.

QAZİLER.AZ