Türkiyənin iki vilayətində meşə yanğınları başlayıb

Türkiyənin iki vilayətində meşə yanğınları başlayıb backend

Türkiyənin Muğla və Balıkesir vilayətlərində meşəlik ərazilərdə yanğınlar baş verib.

Qaziler.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb.

Qeyd olunub ki, hadisənin başvermə səbəbləri hələ məlum deyil.

Yanğının söndürülməsinə 2 helikopter, 1 təyyarə, 21 yanğınsöndürən maşın, 6 su çəni, 4 ilkin müdaxilə maşını və 2 texnika olmaqla, ümumilikdə 60 nəfər cəlb olunub.

Hazırda hər iki yanğının nəzarətə götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Report.az