Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, ölkə xarici sənətçilərin çıxışları üçün açıqdır, lakin repçi Kanye Uestin Adolf Hitler haqqındakı bəyanatları böyük suallar doğurur.
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" yazır.
"Biz heç bir sənətçinin üzünə qapıları bağlamamışıq, bağlamırıq və bağlamayacağıq da. Bizim qapılarımız, yəqin ki, yalnız nasist, neonasist və ya millətçi ideologiyanı qəbul edənlərin üzünə bağlıdır.
Onun Hitlerin təriflənməsi, svastikaların yayılması və mahnılarına əlaqəli ideologiyaların daxil edilməsi ilə bağlı hərəkətləri və çıxışları ciddi suallar doğurur", - Zaxarova əlavə edib.
QAZİLER.AZ

