Ukrayna müharibənin qışa qədər davam edəcəyini açıqladı

Ukrayna müharibənin qışa qədər davam edəcəyini açıqladı backend

Rusiya hazırda Ukraynaya qarşı müharibəni dayandırmaq istəmir, buna görə də qarşıdakı qışda hərbi əməliyyatların dayandırılmasını gözləməyə dəyməz.

Qaziler.az xəbər verir ki, bu barədə avqustun 28-də Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bildirib.

"Düşünürəm ki, hamı danışıqları çox tezliklə görəcək, amma onlar əsasən texniki aspektlər və daha böyük bir şeyə - nə vaxtsa nail olmağı ümid etdiyimiz bir şeyə hazırlıqla bağlı olacaq. Biz müharibəni hazırda dayandırmayacağıq. İstəmədiyimiz üçün yox, qeyri-real olduğu üçün", - deyə o qeyd edib.

QAZİLER.AZ